Gəncə Şəhər İcra Hakimiyyəti “Rövşən Oğuz Qrup” MMC ilə 5milyon manatlıq müqavilə bağlayıb.
Banker.az xəbər verir ki, müqavilədə Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi nəzərdə tutulur.
Müqavilənin dəyəri 5 milyon manatdır.
Gəncə Şəhər İcra Hakimiyyəti yerli idman sarayının tikintisi üçün “Rövşən Oğuz Qrup” MMC-yə 4.6 milyon manat ayırmışdır.
Xatırladaq ki, Prezidentin ərəncama əsasən, Gəncə şəhərində İdman Sarayının tikintisi işlərinin davam etdirilməsi məqsədilə Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Gəncə Şəhər İcra Hakimiyyətinə üç milyon manat ayrılıb.