20 C
Baku
Thursday, May 2, 2024

Gəncədə mağaza cərimələnib

Gəncə şəhəri, Təbriz küç., ev 313A ünvanında fəaliyyət göstərən, Məmmədov Elmar Təvəkkül oğluna məxsus ərzaq mağazasında keçirilən planlı yoxlama zamanı sanitariya norma və qaydalarının, gigiyena normativlərinin və mal qonşuluğu prinsipinin kobud şəkildə pozulduğu aşkar olunub.

Banker.az Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir ki, mağazada kimyəvi yuyucu maddələrlə qida məhsullarının birlikdə saxlanıldığı, qeyri-qida məhsulları ilə qida məhsullarının satışının eyni vitrində həyat keçirildiyi və digər nöqsanlar müəyyən olunub.

Faktla bağlı sahibkarlıq subyekti barəsində inzibati protokol tərtib edilib. Araşdırmalar davam etdirilir.

Son xəbərlər
 ⁠
Digər xəbərlər