10 C
Baku
Friday, December 13, 2024

Gəncədə market cərimələnib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsi, Mir Cəlal Paşayev küçəsində fəaliyyət göstərən, vəzifəli şəxs Məsləhi Orxan Həsənağa oğlunun istifadəsində olan “Əminə” marketdə keçirilən planlı yoxlama zamanı mənşəyi məlum olmayan “nehrə yağı”, pendir və turşu məhsullarının satışa çıxarıldığı aşkar olunub.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, baxış zamanı marketin anbarında sanitariya norma və qaydalarının, gigiyena normativlərinin, mal qonşuluğu prinsipinin kobud şəkildə pozulduğu müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq sahibkar barəsində inzibati protokol tərtib edilib, mənşəyi məlum olmayan məhsulların satışının qarşısı alınıb. Araşdırmalar davam etdirilir.

Son xəbərlər
Digər xəbərlər