Gəncə şəhəri, Atatürk prospekti, ev 226A ünvanında fəaliyyət göstərən, fiziki şəxs Mehmet Halis Ayaza məxsus “Osmanlı” restoranında planlı yoxlama keçirilib.
Banker.az Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir ki, yoxlama zamanı mal qonşuluğu prinsipinə, sanitariya norma və qaydalarına, gigiyena normativlərinin tələblərinə əməl olunmadığı aşkar olunub.
AQTA-dan bildirilir ki, faktla bağlı icrası məcburi göstərişlər verilib və sahibkar barəsində inzibati tədbir görülüb.