6 C
Baku
Sunday, December 15, 2024

Gəncədə vaksinasiyaya başlanılıb

Gəncə şəhərində həyata keçirilən kütləvi vaksinasiya tədbirlərinə ilkin olaraq tibb işçilərindən başlanılıb. Bu günə kimi 100-ə yaxın səhiyyə işçisinə vaksin vurulub. Qəbul edilən vaksinlə bağlı tibb işçiləri arasında hər hansı bir narahatçılıq yaşanmayıb.

Bu barədə Baku TV məlumat yayıb.

İlkin olaraq Gəncə şəhərinə 300 dozada vaksin gətirilib.

Gəncədə beş səhiyyə ocağının hər birində iki peyvənd, iki fosfaksinal aparatı və bir şok əleyhinə otaq yaradılıb. Vaksin otaqları peyvənd saxlama üçün soyuducu və dərman ləvazimatları ilə təmin edilib. Vaksinin vurulması üçün isə ixtisaslı tibbi personalı xidmət aparır.

Qeyd edək ki, peyvəndlənən hər bir şəxsə növbəti vaksinasiyaya qədər xüsusi pasport verilir.

Son xəbərlər
Digər xəbərlər