“Azərişıq” ASC Gəncə şəhərində “Mərkəz” yarımstansiyasının inşasına hazırlaşır.
Bu barədə səhmdar cəmiyyətin məlumatında bildirilir.
Məlumata görə, 110/35 kV-luq 2×40 MVA gücündə yarımstansiyasının tikintisi üçün təxminən 16 milyon manat vəsait ayrılıb.