Gəncədə yolların təmirinə 2 milyon manat xərclənəcək

Gəncə Şəhər İcra Hakimiyyəti şəhər ərazisindəki yolların əsaslı təmiri işləri ilə bağlı keçirdiyi açıq tender müsabiqəsinə yekun vurub.

Banker.az xəbər verir ki, satınalma müsabiqəsinin nəticələrinə əsasən, “Gəncə Körpü Tikinti-2” Açıq Səhmdar Cəmiyyəti qalib seçilib.

İcra Hakimiyyəti ilə qalib şirkət arasında bağlanan müqavilənin ümumi dəyəri 1 934 978 manat təşkil edir.

Bu yazını sevimli AI
köməkçinizlə qısaldın
Son xəbərlər
Digər xəbərlər