9 C
Baku
Sunday, November 17, 2024

Gəncədəki marketdə kərə yağı adı altında bitki yağları satılıb – Fotolar

Gəncə şəhəri, Sadıllı qəs., məh. E-3, sahə 19m ünvanında fəaliyyət göstərən “Nur” marketdə kərə yağı adı altında bitkitərkibli yağların, həmçinin istifadə müddəti bitmiş qida məhsullarının, mənşəyi məlum olmayan müxtəlif çeşidli turşuların satıldığı müəyyən olunub. Həmçinin qida məhsullarının saxlanması zamanı mal qonşuluğu qaydalarının pozulduğu aşkar edilib.

Banker.az bu barədə Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.

Faktlarla bağlı sahibkar barəsində inzibati protokol tərtib edilib və  icrası məcburi göstərişlər verilib.

Araşdırmalar davam etdirilir.

11

22

33

Son xəbərlər
Digər xəbərlər