Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya dövrünün tələblərinə, bu sahədə müvafiq qanunvericiliyin icrasına, həmçinin yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin icrasına nəzarət məqsədilə ictimai iaşə obyektlərində reydləri davam etdirir.
2022-ci il martın 16-da ölkə üzrə 190 ictimai iaşə obyektində 341 monitorinq keçirilib. Monitorinqlərin məqsədi pandemiya sahəsində qanunvericiliyin tələblərinin icrasına nəzarət etmək olub. Banker.az Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə (AQTA) istinadən xəbər verir ki, monitorinqlər zamanı 2 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub:
1. Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Muxtar Fətəliyev küç., ev 28B ünvanında yerləşən, fiziki şəxs Əliyev Yusif Cəbrayıl oğluna məxsus kafe;
2. Gəncə şəhəri, Göygöl rayonu, Vəli Xuluflu küç., ev 131 ünvanında yerləşən, fiziki şəxs Mirzəyev Elşad Mürsəl oğluna məxsus “Şah Sarayı” restoranı.
AQTA-dan bildirilir ki, aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.