29 C
Baku
Wednesday, July 16, 2025

Gəncədəki zavod sayğac istehsalından 28 mln. gəlir, 3 mln. manat xalis mənfəət əldə edib

Azərbaycanda su, qaz, elektrik sərfiyyatını ölçən cihazlar (sayğaclar) istehsal edən “Gəncə Cihazqayırma Zavodu” ASC 2024-cü ildə 2 milyon 891 min manat xalis mənfəət əldə edib. Bu göstərici 2023-cü ilin 695 min manatlıq mənfəəti ilə müqayisədə 4.2 dəfə və ya 316% artım deməkdir.

Banker.az bunu şirkətin illik maliyyə hesabatına istinadən xəbər verir.

İl ərzində əsas əməliyyat gəlirləri kəskin şəkildə artaraq 2 milyon 834 min manatdan 12 milyon 318 min manata yüksəlib. Bu da 2023-cü illə müqayisədə 9 milyon 484 min manat və ya 770% artıma bərabərdir. Satışın maya dəyəri də yüksəlib – 2023-cü ildə 11 milyon 280 min manat olan bu xərc 2024-cü ildə 24 milyon 184 min manata çatıb. Maya dəyəri xərclərindəki bu artım 12 milyon 904 min manat və ya 114.4% təşkil edib.

Ümumi mənfəət 4 milyon 158 min manat təşkil edib və bu, əvvəlki dövrdəki 1 milyon 38 min manatla müqayisədə 4 dəfə artım deməkdir.

Əsas əməliyyat mənfəəti 3 milyon 636 min 772 manat olub ki, bu da 2023-cü ilin 878 min 249 manatlıq nəticəsi ilə müqayisədə 3 milyon manatdan çox artım və ya 314% yüksəliş deməkdir.

Zavodun aktivlərində isə cüzi azalma müşahidə olunub. Cəmi aktivlər 2024-cü ilin sonunda 1 milyon 400 min manata düşüb. Bu da illik 4.7% azalma deməkdir. Cəmi kapital illik 32.4% artımla 1 milyon 181 min manata yüksəlib.

2023-cü ilin sonunda ümumi öhdəliklər 576 min manat olduğu halda, 2024-cü ilin sonunda bu göstərici 218 min manata düşüb. Azalma 358 min 723 manat və ya 62.2% təşkil edib.

324234324234

Son xəbərlər
Digər xəbərlər