15 C
Baku
Friday, April 26, 2024

Gənc BOKT “MJ Financial Services” kəskin böyüdü, xalis mənfəətə çıxdı

“MJ Financial Services” BOKT 2021-ci ildə kredit portfelini kəskin böyüdüb, gəlirlərini artırıb və ili milyon manata yaxın mənfəətlə tamamlayıb.

Bu barədə Banker.az BOKT-un illik hesabatına istinadən xəbər verir.

3 ildir kredit bazarında Mərkəzi Bankdan lisenziya əldə edən gənc kredit təşkilatı ötən il ərzində kredit portfelini 3 659 min manatdan 10 167 min manata qaldırıb ki, bununla onun aktivlərinin həcmi 2.7 dəfə artıb.

BOKT 2021-ci ildə böyük borclar cəlb edib ki, həmin vəsaitlər ilə kreditlər verə bilsin.

Belə ki, müddətli borcların həcmi 3 531 min manatdan 4 439 min manata artmış, 3 769 min manatlıq əlaqəli şəxslərdən borc cəlb edilmişdir.

Ötən il ərzində BOKT-un faiz gəlirlərinin həcmi 2 522 min manata yüksəlib, bu öncəki ildə cəmi 285 min manat idi. Digər əməliyyat gəlirləri və xərcləri fərqindən sonra 905 min manatlıq xalis mənfəət əldə edib. Öncəki ildə şirkətin 139 min manatlıq yığılmış zərərləri 765 min manatlıq bölüşdürülməmiş mənfəətlə əvəzlənib.

“MJ Financial Services” BOKT Camal Aydınov (70%) və Mədəd Rüstəmova (30%) məxsusdur.

mj2 mj

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər