İmişli rayonunda 30 yaşlı iş adamının ölümü ilə nəticələnən bədbəxt hadisə baş verib.
Rayonun Ağaməmmədli kənd sakini, 1994-cü il təvəllüdlü Elşad Astanov Sarısu gölündə ovda olarkən qayıq çevrilib.
Nəticədə Elşad və onun 2 dostu gölə düşüblər. Onlar yaxınlıqdakı şəxslərin köməyi ilə sudan çıxarılıblar. Lakin soyuq suda şok keçirən Elşad vəfat edib.
Qeyd edək ki, həyatını itirən gənc İmişlidə tanınmış iş adamı olub.
Onun atası Şükür Astanov regional yol istismar idarəsinin uzun müddət rəisi olub. Elşad son vaxtlar atasına məxsus asfalt zavodunu və digər obyektləri idarə edirmiş.