3 C
Baku
Saturday, February 1, 2025

Gənc Kredit İşçilərinin İnkişafı layihəsi, Kredit işçisi – Şəki, Qax və Oğuz (FINCA Azerbaijan)

TƏLƏBLƏR:

  • Ali və ya orta texniki təhsilli məzunlar;
  • Baza riyazi biliklər;
  • Yaxşı ünsiyyət və komanda ilə işləmək bacarığı;

GKİ layihəsinə müraciət etmək üçün iş təcrübəsinin olması vacib tələb deyildir.

İŞÇININ VƏZIFƏSI:

  • FINCA məhsulları barədə ətraflı məlumat toplamaq, suallar yarandıqda Kredit Supervayzeri və yönəldiciyə müraciət etmək;
  • Kredit verilməsi prosesi ilə əlaqədar olan forma və sənədlərin doldurulmasını yönəldicidən öyrənmək;
  • Müştərilərin sosial-maliyyə vəziyyətinin təhlili prosesində iştirak etmək, formalarla tanış olmaq, formaların doldurulmasında yönəldiciyə yardım etmək;
  • Ehtiyac olarsa, yönəldici ilə birlikdə girova baxış keçirmək, girovun qiymətləndirilməsi ilə bağlı yönəldicidən öyrənmək və öyrəndiklərini dəqiqləşdirmək üçün suallar vermək;
  • Problemli müştərilərlə iş prosesində yönəldicini izləmək və s.

 “FINCA Azerbaijan” öz işçilərinə yaradıcı iş mühiti, karyera imkanları və maliyyə sektoruna uyğun gələn əmək haqqı və təminat paketi təklif edir.

Əgər layihədə iştirakçı olmaq istəyirsinizsə, öz tərcümeyi-halınızı (CV) 25 Sentyabr 2014-cü il tarixindən gec olmamaq şərtilə [email protected] elektron ünvanına Subject/Mövzu hissəsində vəzifəni vəzifəni və iş elanının nömrəsini (№584/14) qeyd etməklə göndərə bilərsiniz.

Əks təqdirdə nəzərdən qaça bilər!

Yaxud aşağıda göstərilən ünvana təqdim etməyiniz xahiş olunur:

Ünvan: Şəki şəhəri, Heydər Əliyev prospekti 44; Telefon: (024) 244 43 36, (024) 244 28 62,

Ünvan: Oğuz şəhəri, H.Əliyev prospekti 16A;  Telefon: (02421)  5 21 78

Ünvan: Qax şəhəri, Heydər Əliyev prospekti (köhnə avtovağzal ilə üzbəüz). Telefon: (024)25 5-24-15

“FINCA Azerbaijan” haqqında ətraflı məlumat www.fincaazerbaijan.com web səhifəsindən əldə edə bilərsiniz.

Son xəbərlər
Digər xəbərlər