8 C
Baku
Friday, March 29, 2024

Gənc milyarderin itkin düşməsi

Kimsəsiz çimərliklər, nağıl kimi meşələr, sirrlərlə zəngin adalar… Məhz belə bir yerdə, Yeni Qvineyanın sahilində 50 il əvvəl milyarder atanın varisi Maykl Rokfeller itkin düşmüşdü. Bəs onunla burada nə baş verdi?

Ölümcül körfəz

Gənc milyarder üçün ekspedisiya tək sərgüzəşt deyil, həm də sivilizasiyadan qaçış idi.

Maykl Rokfeller 1961-ci ilin noyabrında Yeni Qvineyada bir cəngəllikdə antropoloji ekspedisiya zamanı itkin düşmüşdü. Məlumatlara əsasən, o Dastiny Bay körfəzində sahilə enmişdi. Kembridcdə Harvard Universitetinin məzunu, milyarder atasının varisi, amerikan biznes imperiyasının sahibi öz qabiliyyətlərini nümayiş etdirmək və Rokfellerin dəbdəbəli həyatından uzaqlaşmaq qərarına gəlmişdi. Universiteti bitirdikdən sonra onda qeyri-adi və ekstremal bir şeylər etmək arzusu yarandı.

00218

Burda bir cəhəti aydınlaşdırmaq lazımdır ki, o dövrdə Mayklın bu arzusunu həyata keçirməyə əsaslı səbəbləri var idi. Bu zaman Mayklın valideynləri qalmaqallı şəkildə boşanma ərəfəsində idilər. Və buna görə də Yeni Qvineyaya ekspedisiya onun üçün tək sərgüzəşt deyil, həm də bütün bu problemlərdən qaçış üçün vasitə idi.

Bir versiyaya görə adanın cənub sahilində o aborigenlər tərəfindən ələ keçirilib və bundan sonra Maykl Rokfellər itkin düşüb. Mayklın atası Nelson Rokfeller oğlunu tapmaq və xilas etmək üçün əlindən gələni edirdi. O görünməmiş miqyasda axtarışlar təşkil etmişdi.

Lakin bunların hamısı nəticəsiz idi. Rəsmi təsdiqlənən məlumata əsasən Mayklın dənizdə itkin düşdüyü bildirilirdi. Lakin 1960-cı illərin sonlarında şayiələr yayılmışdı ki, o sahilə qədər gələ bilmiş və yalnız burada muzdlu dedektivlər tərəfindən qətlə yetirilmişdi. Başqa bir şayiəyə görə isə o əvvəllər heç kimə məlum olmayan tayfada aborigenlər arasında yaşayıb.

Həqiqəti öyrənmək cəhdləri davam edir

Axtarışları davam etdirmək məqsədilə yeni Qvineyaya yola düşən növbəti ekspedisiya barəsində Ideas and Discoveries (I&D) jurnalının dekabr nömrəsində məlumat verilmişdi. Ekspedisiyada iştirak edənlərin fikrinə görə, yarım əsr ərzində adada çox az dəyişikliklər baş verib. Onlar Mayklın itkin düşməsinin sirrini açmaq ümidi ilə Yeni Qvineyanın qərb rayonlarının əlçatmaz məkanlarını, keçilməz cəngəlliklərini
gəzmişlər.

00314

Onların ilk tapıntısı 70 il əvvəl qəzaya uğrayaraq meşəyə düşən Amerikaya məxsus qırıcı təyyarə oldu. Yerli sakinlərdən birinin sözlərinə əsasən, yapon müdafiə qüvvələrinin son dayağı 1960-cı illərə qədər burada İkinci Dünya Müharibəsini davam etdirirdi. Məhz həmin yerlərdə Maykl Rokfelleri son dəfə görüblər və buradan da onun itkin düşməsi ilə bağlı sirrlər başlayır.

Yeni Qvineyanın yerli əhalisi

Yerli əhali və buraya gələn turistlər də bu gənc oğlanın itkin düşməsi ilə bağlı bir çox versiyalar irəli sürmüşlər. Bir çox insanın gəldiyi əsas nəticə budur ki, Maykl Rokfeller zəngin həyatdan, bütün problemlərdən bezmiş və hər kəsdən uzaq bir cəmiyyətə üz tutmuşdur. Onun bunu qəsdən etməsi və yaxud həqiqətən kimlərsə tərəfindən əsir alınması hələ də məlum deyil.

Son xəbərlər
Digər xəbərlər