24 C
Baku
Friday, June 28, 2024

Gənclər çoxdur yoxsa verilən kreditlər azdır?

Gənclər ölkə əhalisinin 29,7% ni təşkil edir. Onların sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa marağı var?

Qeyd edək ki, İqtisadiyyat və Sənaye Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 2013-cü ildə ölkəmizdə 917 gənc sahibkara 62,8 milyon manat və 2014-cü ilin I rübü ərzində isə 226 gənc sahibkara 12,5 milyon manat güzəştli kredit ayrılıb.

2014 –cü ilin I rübü ərzində 226 gənc sahibkar güzəştli kreditdən əldə edibsə, 2013 cü ildə bu rəqəm 917 nəfər idi. 2014-cü ilin son rübünə kimi  güzəştli kreditdən faydalanan gənc sahibkarların və verilən kreditlərin həcmində    artım olacaq?

Məsələyə aydınlıq gətirən İqtisadiyyat və Sənaye Nazirliyinin sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov qeyd etdi ki “Son illərdə gənclərin sahibkarlıq fəaliyyətinə marağı daha da artıb. Bunun üçün isə gənclərin sahibkarlıq fəaliyyətinin inkişafı istiqamətində bir sıra tədbirlər həyata keçirilməklə yanaşı, çeşidli mexanizmlər yaradılıb”.

Son xəbərlər
 ⁠
Digər xəbərlər