-1 C
Baku
Sunday, December 15, 2024

Gənclər Fondu gənclərin layihələrinə kredit şəklində maliyyə dəstəyi göstərəcək

“2020-ci ildən Azərbaycan Respublikası Gənclər Fondu tərəfindən gənclərin startap və innovativ layihələrinə kredit şəklində maliyyə dəstəyinin göstərilməsi nəzərdə tutulub.”

Bunu açıqlamasında Gənclər Fondunun icraçı direktoru Fərid Cəfərov bildirib.

“Sahibkarlıqla bağlı Gənclər Fondu ilə bağlı hər il həm Bakı, həm də regionlarda keçirilən Grand müsabiqəsi çərçivəsində digər dövlət qurumları ilə birlikdə gənclərin inkişaf və kariyera mərkəzlərində təlimlər təşkil olunur. Eyni zamanda, sahibkarlıqla bağlı bu çərçivədə atılan əsas addım maliyyə dəstəyinin göstərilməsi olacaq. Hazırda bu istiqamətin icrası ilə bağlı müvəkkil bank və ya bank olmayan kredit təşkilatları ilə danışıqlar davam etdirilir. Qeyd edim ki, gənclərə startap layihələrinin icrası ilə bağlı maliyyə dəstəyini fond həyata keçirəcək. Hələlik sahibkarlardan bu istiqamətdə bizə müraciət daxil olmayıb”, – deyə icraçı direktor bildirib.

©Modern.az

 

Son xəbərlər
Digər xəbərlər