10 C
Baku
Wednesday, December 11, 2024

Gənclər və İdman Nazirliyinə mərc oyunları ilə bağlı səlahiyyət verildi

Azərbaycanda mərc oyunlarından əldə olunan vəsaitin bir hissəsilə bağlı qərarı Gənclər və İdman Nazirliyi verəcək.

Banker.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Yeni qərarla idman mərc oyunlarının təşkili və keçirilməsi qaydalarında dəyişiklik edilib.

Dəyişikliyə əsasən, idman mərc oyunlarının keçirilməsindən əldə olunan toplam dövriyyədən vergilər tutulduqdan sonra qalan məbləğindən bədən tərbiyəsi və idmanın inkişafına yönəldilən hissəsi Gənclər və İdman Nazirliyinin müəyyən edəcəyi quruma ödəniləcək.

İndiyədək bu vəsait Azərbaycan Respublikasının Milli Olimpiya Komitəsinə ödənilirdi.

Son xəbərlər
Digər xəbərlər