9 C
Baku
Sunday, November 17, 2024

Gənclər və İdman Nazirliyinin vəzifələri artırılıb

Gənclər və İdman Nazirliyinin vəzifələri artırılıb.

Bu, Prezident İlham Əliyevin imzaladığı fərmanla “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.

Əgər Gənclər və İdman Nazirliyi indiyə qədər tabeliyində olan olimpiya idman komplekslərinin işlək və texniki baxımdan yararlı vəziyyətdə saxlanılması məqsədi ilə dövlət büdcəsindən maliyyə yardımının ayrılması üçün Maliyyə Nazirliyi ilə birgə hesablamalar aparırdısa, artıq idman obyektlərinin işlək və texniki baxımdan yararlı vəziyyətdə saxlanılması məqsədi ilə dövlət büdcəsindən maliyyə yardımının ayrılması üçün Maliyyə Nazirliyi ilə birgə hesablamalar aparacaq.

Gənclər və İdman Nazirliyi həm də tabeliyində olan idman obyektlərinin fəaliyyət şəraiti (əsas vəsaitlərin və digər əmlakın köhnəlmə vəziyyəti, zəruri tikinti, quraşdırma, təmir, bərpa işləri, bu qurumların davamlı fəaliyyəti məqsədi ilə maddi-texniki təminatı) barədə illik məlumatı hər il iyun ayının 15-dək Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək.

Son xəbərlər
Digər xəbərlər