16 C
Baku
Friday, September 27, 2024

“Gənclik” ASC-nin səhmdarları toplaşır – Müşahidə şurasının tərkibinə baxılacaq

İdman-sağlamlıq kompleksini idarə edən “Gənclik” ASC səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcəkdir.

17 aprel 2020-ci il tarixində keçiriləcək yığıncağın gündəlikdəki məsələlərinə 2019-cu ilin yekunu üzrə cəmiyyətin maliyyə-təsərrüfat fəaliyyəti barədə müfəttişin hesabatı, cəmiyyətin 2019-cu maliyyə-təsərrüfat ilinin nəticələrinin və 2019-cu il üzrə illik maliyyə hesabatının müzakirəsi və təsdiqi, təşkilati məsələ (müşahidə şurasının tərkibinə baxılması və müfəttişin yenidən seçilməsi) və sair məsələlər daxildir.

Ümumi yığıncağın gündəliyi üzrə materiallarla tanışlıq üçün 2020-ci il aprelin 1-dən sonra cəmiyyətin direktoruna müraciət etmək olar. Səhmdarlar ümumi yığıncağa gələrkən şəxsiyyəti təsdiq edən sənədi özlərilə götürməlidirlər.

Yığıncaq cəmiyyətin yerləşdiyi Bakı şəhəri,Olimpiya küçəsi 6 nömrəli ünvanda keçiriləcəkdir.

Son xəbərlər
Digər xəbərlər