8 C
Baku
Sunday, December 22, 2024

“Gənclik” stansiyasında gücləndirilmiş iş rejimi tətbiq olunacaq

UEFA Çempionlar Liqası turnirinin II təsnifat mərhələsində “Qarabağ” Futbol Klubunun keçirəcəyi oyunla əlaqədar “Bakı Metropoliteni” QSC-nin iş rejimində dəyişikliklər ediləcək.

Bu barədə qurumdan bildirilib.

Məlumata görə, görüşə tamaşaçı marağı nəzərə alınaraq, metropolitendə sərnişinlərin təhlükəsiz və rahat daşınması üçün bir sıra tədbirlər görüləcək.

Oyun iyul ayının 19-da Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:00-da başlanacaq. Bu arenada təşkil edilən kütləvi tədbirlərlə əlaqədar yaxın ərazidə yerləşən “Gənclik” stansiyasında qarşılaşma ərəfəsində gücləndirilmiş iş rejimi tətbiq olunacaq. Əməliyyat planına uyğun olaraq, nəzarət mexanizmlərini gücləndirmək məqsədilə əlavə işçi qüvvəsi ayrılacaq və növbətçilik cədvəli hazırlanacaq.

Ehtiyat tədbirlər “Nəriman Nərimanov” və “28 May” stansiyalarında da görüləcək.

Gün ərzində qatarların hərəkəti yay qrafikinin iş günləri cədvəlinə uyğun təmin olunacaq. Bununla yanaşı, zərurət yaranacağı təqdirdə, xəttə buraxılmaq üçün ehtiyat qatarlar da hazır vəziyyətdə saxlanılacaq.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər