21 C
Baku
Tuesday, October 8, 2024

Gəncliyimizdə yol verdiyimiz səhvlər

1.İlk pul qazandığımız an uşaqlığımız bitir.

2. Sizin parta arxasına keçdiyiniz ilk gün təhsil sistemi köhnəlir.

3. Məktəbdə tövsiyyə olunmayan “maraqsız kitabları” oxumaq lazımdır. Fasiləsiz oxuyun, bacardığınız qədər faydalı ədəbiyyat oxuyun. Əgər siz uşaqlıqdan özünüzdə bu vərdişi tərbiyə etməsəniz, daha sonra oxuyacaqlarınız televiziyadakı titrlar olacaq.

4. Dünyəvi asayiş bütün insanların televizor zombiləri olaraq qalmağını istəyir. Siz nə qədər savadsız və televiziyadan asılı olsanız, sizə xidmətləri və məhsulları satmaq bir o qədər asan olacaq. Ölkə iqtisadiyyatı bunun üzərində qurulur.

5. Sizi əhatə edən insanlar məlumat mənbəyidirlər. İnsanlarla ünsiyyət qurmağı və onları dinləməyi öyrənin. Özünüzə layiq bilmədiyiniz üçün insanlardan qaçsanız, gələcəkdə nə dost, nə müştəri, nə də iş tapmayacaqsınız.

6. Özünüzdən böyük insanların müdrikliyinə hörmət edən. Onların nəzər nöqtəsinin köhnəldiyini belə hesab etsəniz, onları dinləyin.

7. Özünüzə kumir yaradın. Heyrətlənə biləcəyiniz insanlar tapın və onları üstələməyə çalışın. Daha sonra isə başqa kumirlər seçin özünüzə.

8. Utancaqlıq inkişafın düşmənidir.
Öz emosiyalarınıza insanlar haqqında daha çox məlumat əldə etməyə maneə olmasına icazə verməyin. Belə olduğu halda ətrafınızdakı insanların da sizi tanımaq şansı olmayacaq.

9. Özünüzə etibarlı yol yoldaşı seçin. Əgər bir insanda “nə isə” xoşunuza gəlmirsə, onunla möhkəm münasibətlər qurmayın. Siz ayrıldığınız təqdirdə məhz bu “nə isə” sizin itkilərinizin səbəbi olacaq.

10. Heç nəyiniz olmadığı halda risk edə bilərsiniz. Tədricən sizin ailəniz, uşaqlarınız olacaq və siz daha ehtiyatlı olacaqsınız. Əgər nə isə etmək istəyirsinizsə, cavan olarkən edin.

11. Bədxərc olmayın.
Boş şeylərə pul sərf etməyin. Pulları daha ciddi işlərə yığın. Pulların bir vasitə olduğunu unutmayın.

12. Dünyanı qavramaq.
Pulları təəssuratlarınıza xərcləyin. Təəssuratların sevinci və xatirələrin dəyəri əldə olunmuş əşyalardan və geyimlərdən daha yüksəkdir.

13. Pulları qazanmaq lazımdır. Heç bir qənaət sizi maddi cəhətdən təmin olunmuş etməyəcək. Sizin hal-hazırda nə qədər qazandığınız önəmli deyil. Əsas olan pul qazanmaq istəyi və bacarığıdır.

14. Gənclikdə uğur qazanmaq bədbəxtlik əlamətidir. Asan yolla qazanılmış pullar tez gedirlər.

15. Fəaliyyətlərinizin planını tərtib edin. Öz həyatınızı proqramlaşdırmaq istəmirsinizsə, həyatdan hədiyyələr almağa hazır olun.

16. Formanızı saxlayın. Gündə 15 dəqiqə idman hərəkətləri edin. Sizin orqanizminiz buna öyrəşəcək və artıq idman hərəkətlərindən imtina etmək istəməyəcək.

17. Azad rejimə hazır olun. Yemək bişirməyi, paltar ütüləməyi, paltar yumağı və s. öyrənin. Hətta sizin yoldaşınız bunu sizdən yaxşı etsə belə.

18. Öz yaddaşınıza etibar etməyin. Sizin yaddaşınız nə qədər güclü olsa da, o, sizə yetə bilməz. Hər şeyi yazın.

19. Xəyal qurun. Daim yaxşı şeylərin xəyalını qurun. Sizə göylərdən yerə eməyinizi söyləyən insanlara qulaq asmayın.

20. Tərbiyə etmək valideynlərin öhdəliyidir.
İnsanları dəyişməyə, düzəltməyə çalışmayın.

21. Savadlı olmaq lazımdır.
Gözəl nitqə sahib olmaq və öz fikirlərini düzgün şəkildə təqdim etmək bacarığı sizə siz öz nəzər- nöqtəyinizi müdirinizə, əməkdaşlarınıza, müştərilərə çatdıranda sizə lazım olacaq.

22. Rəqabət aparmaq.
Həyat, biznez və münasibətlər sahəsi çox rəqabətli sahələrdir.

Son xəbərlər
Digər xəbərlər