12 C
Baku
Wednesday, December 11, 2024

G.G. Markes-in müsahibə və əsərlərindən seçmələr

  • Sevilən insanlar özlərinin bütün əşyaları ilə birlikdə ölməlidirlər.
  • İstənilən əşya canlıdır. Lazım olan yeganə şey onun ruhunu oyatmaqdır.

  • Özünə bu möcüzəni yaşatmadan – həqiqətən sevdiyin insan ilə yan-yana yatmadan ölmə.
  • Öz həqiqi məhəbbətinizə rast gəlsəniz, o sizi heç vaxt tərk etməyəcək – nə bir həftədən, nə bir aydan, nə də bir ildən sonra.
  • Bir şey qadını cəlb edirsə, bilirəm ki, bunun sonu yaxşı olacaq. Qadınların dünyanı idarə etdiyi mənə gün kimi aydındır.
  • Gülümsə, bədbəxtliyini sevindirmə.
  • Ona “hə” cavabını ver. Hətta qorxudan nə etdiyini bilməsən belə, hətta daha sonradan təəssüf edəcəyini bilsən belə. Çünki qalan bütün ömrün boyu nəyə görə “yox” dediyini özünə bağışlaya bilməyəcəksən.
  • Barışma anı bir ömürlük dostluqdan daha dəyərlidir.
  • SSRİ – bir dənə belə olsun Coca-Cola reklamına sahib olmayan 22 400 000 kvadrat kilometrlik bir ərazidir.
  • İnsanın yalnız bir dəfə, ananın onu dünyaya gətirdiyi gün doğulmur. Həyat insanı bir neçə dəfə, yenidən doğulmağa məcbur edir!
  • Xoşbəxtliyin sağalda biləcək yaranı sağaldacaq ikinci bir dərman yoxdur.
  • Uzun müddət gözləyən şəxs, bir az da gözləyə bilər.
  • Mən papaq taxmıram, sonradan onu kiminsə qarşısında çıxarmamaq üçün…
  • Dəlillərinə qulaq asdıqdan sonra heç bir dəli dəli deyildir.
  • İnsanınmüharibədə yaşadıqlarını izah etmək üçün bu qədər çox axtarmağa nə ehtiyac var, əgər bir söz – “qorxu” varsa.
  • İlham yalnız iş zamanı sənə qonaq gələr.
  • Bilik və müdriklik insana artıq ona ehtiyac duymadıqda nəsib olar.
  • Xeyir, mən varlı deyiləm. Mən pullara sahib yoxsulam. Bu isə eyni şey deyil.
  • Sakit ol! Ölmək zənn etdiyimizdən daha çətindir.

Son xəbərlər
Digər xəbərlər