G20 liderlərinin görüşü 21-22 noyabr tarixlərində virtual formatda keçiriləcək

G20 liderlərinin görüşü 21-22 noyabr tarixlərində virtual formatda keçiriləcək.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

G20 ölkələr qrupunun liderləri 21-22 noyabr tarixlərində virtual formatda görüş keçirəcəklər. Verilən məlumata görə, sammitə Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül-Əziz sədrlik edəcək. Bu barədə G20-nin saytında yayımlayan bəyanatda deyilir.

“G20 2020 sammiti 21-22 noyabr tarixlərində virtual formatda keçiriləcək, – mesajda deyilir. – Görüşdə əsasən insanların həyatının qorunması və iqtisadi artımın bərpa edilməsi məsələləri müzakirə ediləcək. Bunun üçün pandemiya zamanı ortaya çıxan zəifliklər nəzərdən keçiriləcək və daha parlaq bir gələcəyin təməli qoyulacaq”.

Açıqlamada deyilir ki, G20 ölkələrinin pandemiyaya qarşı mübarizədə böyük rol oynayıb. Koronavirusa qarşı peyvəndin istehsalına və yayılmasına qoyulan 21 milyard dollardan əlavə, G20 dünya iqtisadiyyatını dəstəkləmək üçün 11 trilyon dollar ayırıb.

Bundan əlavə, koronavirusla əlaqəli problemlərdən əlavə bir sıra digər məsələlər, xüsusən də yeniliklər müzakirə ediləcək.