6 C
Baku
Sunday, December 15, 2024

G20 liderləri pandemiya haqqında beynəlxalq müqavilə bağlamağı təklif etdilər

Avropa Şurasının rəhbəri Çarlz Mişel G20 liderlərinin zirvə toplantısında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) iştirakı ilə pandemiya haqqında beynəlxalq müqavilənin yaradılması ilə bağlı danışıqlara başlamağa çağırıb.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

“Covid-19 çoxumuz üçün sürpriz oldu. Lakin bu, ilk qlobal pandemiya deyil. Və təəssüf ki, sonuncu da deyil. Gələcəyə baxıb dünya ictimaiyyətinin pandemiyaya daha yaxşı hazır olmasını istəyirik”, – Çarlz Mişel söyləyib. Onun sözlərinə görə, beynəlxalq müqavilənin bağlanması bəşəriyyətə epidemiya təhdidlərinə daha sürətli və ahəngdar cavab verməyə imkan verəcək.

Mişel Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da daxil olmaqla, Birləşmiş Millətlər Təşkilatının (BMT) bütün bölmələrinin yeni sənəd üzərinə işə cəlb edilməli olduğunu söyləyib. “ÜST səhiyyədəki fövqəladə hallarla əlaqədar qlobal koordinasiyanın təməl daşı olaraq qalmalıdır”, – Şura rəhbəri vurğulayıb.

Xatırladaq ki, G20 liderlərinin sammiti 21 və 22 noyabr tarixlərində, Səudiyyə Ərəbistanının kralı Salman ben Əbdül Əziz Əl Səidin sədrliyi ilə videokonfrans şəklində keçirilib.

Son xəbərlər
Digər xəbərlər