16 C
Baku
Thursday, April 25, 2024

G20 ölkələri rəqəmsal nəhəngləri vergidəki boşluqlardan məhrum edəcəklər

“Böyük iyirmilik” təşkilatına daxil olan  ölkələr, texnoloji şirkətləri üçün ümumi qaydalar tərtib etməyə razılaşıblar. Bunun əsas məqsədi Rəqəmsal nəhənglərin vergidən yayınmasının qarşısını almaqdır.

Banker.az xəbər verir ki, “Facebook”, “Google”, “Amazon” və digər böyük texnoloji şirkətlər uzun müddət idi ki, bir çox ölkələrin qanunvericiliyində olan boşluqlardan böyük məmnuniyyətlə istifadə edərək, korporativ vergilərdən yayınmağa çalışırlar. Əlbəttə ki, bütün bunlar ölkələrin narazılığına səbəb olur.

9 iyun tarixində G20 təşkilatının maliyyə nazirləri bu problemlə mübarizə aparmaq məqsədilə ortaq razılığa gələ bilmişlər. Yaxın gələcəkdə rəqəmsal nəhənglərin vergidəki boşluqlardan məhrum edilməsi planlaşdırılır. Əsas müddəalar G20 sammitinin yekun bəyannaməsində göstərilib.

“Rəqəmsal vergi” proqramı çoxmillətli şirkətlərdə fiskal yükün artırılmasına yönəldilib. Proqram əsas iki aspektə əsaslanır. Birincisi, müəssisələrdən vergi tutmaq hüququ əmtəə və xidmətlərin satıldığı ölkəyə verilir. İkincisi, vahid vergi dərəcəsi müəyyənləşdirilir.

Bundan əlavə, yeni qaydalar transmilli şirkətlər üçün vergi yükünün artırılması deməkdir və aşağı faiz dərəcəsini təklif edən İrlandiya kimi ölkələr üçün böyük problemlər yaratmış olacaq.

“Hal-hazırda bizim əsas iki fəaliyyət istiqamətimiz var və onların hər iksinə ehtiyacımız var”, – deyə Yaponiyanın maliyyə naziri jurnalistlərə bildirib. “İrəli sürülə təkliflər hələ də dəqiq müəyyən olmasalar da, tədricən vahid bir forma alırlar”.

Yeni təşəbbüsü dəstəkləyən ölkələrə Böyük Britaniya və Fransa daxildir.

İnternet şirkətlərinin özləri isə oyunun qaydalarına riayət etdiklərini bildiriblər.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər