27 C
Baku
Friday, July 19, 2024

G20 ölkələrinin birjaları həftə ərzində 7%-dan 29%-a qədər itirdi

G20 ölkələrinin birjaları neftin düşməsi və koronavirus pandemiyasının elan edilməsi ilə əlaqədar son bir həftə ərzində ortalama 19% itirib.

Banker.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Koronavirusa qarşı daha dayanıqlı ölkələrdən biri Çindir. Belə ki, “Shanghai Composite” indeksi 7,1% itirərək 2 826 punkt səviyyəsinə düşüb.

Səudiyyə Ərəbistanının Tadawul indeksi 9,2% itirərək 7004 səviyyəsindən 6357 punkt səviyyəsinə düşüb.

Meksika birjası 13,5% (BMV indeksi 42 347-dən 36 637-dək), Cənubi Afrika – 14,9% (FTSE/JSE All Share 52 067-dən 44 303-dək), İndoneziya – 15,8% (IDX 5 520-dən 4 647-dək), Türkiyə – 16,1% (BIST 100 111 654-dən 93 639-dək) düşüb.

Cənubi Koreyanın KOSPI indeksi bir həftəyə 17,5% (3 008-dən 2 471-dək) , Nikkei indeksi isə 17,8% (20 633-dan 16 962-dək) düşüb.

Avstraliya birjası 18,6% itirib (S&P/ASX 200 indeksi 6 245-dən 5 081-dək), Hindistan – 19,1% ) Nifty 50 indeksi 11 259-dan 9 108-dək), Argentina-  21,0% (Merval indeksi 35 888-dən 28 352-dək).

Ən çox Avropa birjaları zərər çəkib. Böyük Britaniyanın FTSE 100 indeksi 20,9% (6 613-dən 4 044-dək), Almaniyanın DAX – 22,0% (11 748-dən 91 61-dək), Fransanın CAC 40 – 23,4% (5 276-dan 4 044-dək).

Avropa ölkələri arasında ən böyük ziyan İtaliyaya dəyib, onun FTSE MIB indeksi demək olar ki, 1/3 hissəsini itirib  – 29,2% (21 108-dən 14 949-dək).

Son xəbərlər
Digər xəbərlər