14 C
Baku
Friday, May 24, 2024

“G20” sammitində qətnamə qəbul edilib

“G20″liyə üzv dövlətlərin İndoneziyanın Bali adasında keçirilən sammitində qətnamə qəbul edilib.

Məlumatı “Reuters” yayıb.

Qətnamənin mətni hələ ki rəsmi açıqlanmayıb və hazırda 50 bənddən ibarət olan sənəd layihəsinə dəyişikliyin edilib-edilməməsi məlum deyil.

Məlumatda qeyd olunub ki, “G20” üzv ölkələrinin əksəriyyəti Ukraynadakı müharibəni sərt şəkildə pisləyir. Layihəyə əsasən, onlar Ukraynadakı münaqişənin dünya iqtisadiyyatının mövcud problemlərini kəskinləşdirdiyinə işarə ediblər.

Layihənin başqa bir bəndində müasir dövrün müharibənin erasına çevrilməməsi ilə bağlı məsələ öz əksini tapıb. Həmçinin sənəddə nüvə silahından istifadə və ya istifadə hədəsinin qəbuledilməzliyi barədə fikir yer alıb.

Sənəd layihəsində taxıl müqaviləsinin əhəmiyyəti də yüksək qiymətləndirilib.

Qeyd edək ki, hazırda İndoneziyanın Bali adasında “G20″liyin Zirvə toplantısı davam edir. Noyabrın 15-də başlayan sammit bu gün başa çatacaq.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər