4 C
Baku
Çərşənbə axşamı, Noyabr 30, 2021

G20 sammitinə olan ümidlər özünü doğrultmadı, BMT baş katibi deyir

“Romada keçirilən G20 sammiti iqlim dəyişikliyi ilə mübarizə baxımından ümidləri doğrultmadı, lakin ümid tam itməyib”.

Bunu BMT baş katibi Antoniu Quterreş sosial şəbəkədə yazıb.

“Mən G20-nin qlobal qərarların tapılmasına dair yenilənmiş öhdəliyini alqışlasam da, Romadan puç ümidlərlə ayrılıram. Amma onlar heç olmasa məhv olmadı”, – BMT rəhbəri özünün tviterdəki hesabında yazıb.

“İndi qarşıda Qlazqoda COP26-da (BMT-nin iqlim dəyişikliyi haqqında Çərçivə konvensiyası tərəflərinin 26-cı konfransı – red) temperaturun 1,5 dərəcə selsi yüksəlməsinə yol verməmək məqsədini həyata keçirmək, vədləri yerinə yetirmək üçün maliyyə və planetin insanlarının uyğunlaşması konfransı var”, – Antoniu Quterreş əlavə edib.

Son xəbərlər
Oxşar xəbərlər
X