Böyük Yeddilik Qrupu (G7) ölkələri Çinə müraciət edərək regionda status-kvonu birtərəfli qaydada güc yolu ilə dəyişdirməməyə çağırıb.
Bu barədə G7 xarici işlər nazirləri və Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsinin birgə bəyanatında deyilir.
Tərəflər Çindən Tayvan boğazının hər iki tərəfindəki fikir ayrılıqlarını dinc yolla həll etməyi xahiş ediblər.
G7 xarici işlər nazirləri həmçinin Tayvan boğazında sülh və sabitliyin qorunmasına dair ümumi və sarsılmaz öhdəliyi təsdiqləyib və anlaşılmazlıqların qarşısını almaq üçün bütün tərəfləri təmkinli olmağa, açıq ünsiyyət kanallarını saxlamağa çağırıblar.