6 C
Baku
Sunday, December 15, 2024

“G7” Kiyevə Rusiyanın aktivləri hesabına 50 milyard dollar kredit ayıra bilər

“Yeddilik Qrupu” (G7) ölkələri Rusiyanın Qərbdə dondurulmuş aktivlərindən istifadə etməklə Ukraynaya 50 milyard dollar kreditin verilməsi üzrə işləri oktyabr ayına qədər başa çatdıra bilər.

Bu barədə ABŞ-nin maliyyə naziri Canet Yellen deyib.

“İyirmilik Qrupu” (G20) ölkələrinin maliyyə nazirlikləri və mərkəzi banklarının rəhbərlərinin Rio-de-Janeyroda keçirilən iclası çərçivəsində C.Yellen “G7” həmkarları ilə Rusiyanın dondurulmuş aktivlərinin Ukraynanın xeyrinə istifadə edilməsi məsələsi ilə bağlı, o cümlədən İqtisadi məsələlər üzrə Avropa komissarı Paolo Gentiloni ilə müzakirələr aparıb.

“Burada konstruktiv danışıqlarımız oldu. Biz bu təşəbbüsü irəli sürmək üçün birlikdə işləməyə davam etməyi səbirsizliklə gözləyirik”, – deyə o bildirib.

Son xəbərlər
Digər xəbərlər