“Böyük Yeddilik” (G7) ölkələrinin dövlət və hökumət başçıları Yaxın Şərqdə artan gərginliyi müzakirə ediblər.
İtaliya Nazirlər Şurasının yaydığı məlumatda G7-nin sədri, İtaliyanın Baş naziri Ciorcia Meloni və “Böyük Yeddilik” ölkələrinin liderlərinin telekonfrans vasitəsilə fövqəladə toplantı keçirdiyi bildirilir.
Məlumata görə, görüşdə sözügedən regiondakı mövcud vəziyyətlə bağlı ciddi narahatlıq ifadə olunub, gərginliyin azaldılmasına kömək üçün birgə səylərin artırılması razılaşdırılıb.
Regional miqyasda münaqişənin narahatlıq doğurduğu və diplomatik yollarla həllin hələ də mümkün olduğu vurğulanıb.