9 C
Baku
Sunday, November 17, 2024

G7-nin Ukraynaya dəstək üzrə öhdəlikləri 44 milyard dollaradək artıb

“Böyük Yeddilik” (G7) ölkələrinin və onların tərəfdaşlarının Ukraynaya büdcə və iqtisadi dəstək üzrə öhdəliklərinin həcmi 2023-cü ildən 2024-cü ilin əvvəlinə qədər olan dövr üçün 44 milyard ABŞ dolları təşkil edib.

Bu barədə G7 ölkələrinin maliyyə nazirləri və Mərkəzi Bank rəhbərlərinin Yaponiyanın Niiqata şəhərində keçirilən görüşünün yekunlarına dair açıqlanan bəyanatda deyilir.

“Beynəlxalq ictimaiyyətlə birlikdə 2023-cü ildən 2024-cü ilin əvvəlinə qədər olan dövr üçün Ukraynaya büdcə və iqtisadi dəstək üzrə öhdəliklərimizi 44 milyard ABŞ dollarına qədər artırdıq ki, bu da bizə Beynəlxalq Valyuta Fondunun Ukrayna üçün 4 illik müddətə 15,6 milyard ABŞ dollardan çox məbləğdə proqramı təsdiq etməyə imkan verdi”, – bəyanatda bildirilib.

Son xəbərlər
Digər xəbərlər