4 C
Baku
Saturday, February 24, 2024

G7 ölkələri Ukrayna ilə bağlı Belarusa çağırış ediblər

G7 ölkələrinin xarici işlər nazirlərinin görüşündən sonra verilən bəyanatda Belarusa çağırış edilib. Bəyanatda Rusiyanın Belarus ərazisindən istifadəsinə icazə verməməsi istənilib.

Bəyanatda Belarusun Rusiyanın başlatdığı müharibəyə birbaşa qatılması Minsk üçün böyük zərərə səbəb olacaq. Vurğulanıb ki, G7 ölkələri daha çox insanın həyatını xilas etmək üçün Ukraynanın hərbi və müdafiə texnikasına, xüsusilə hava hücumundan müdafiə vasitələrinə təcili ehtiyacını ödəmək istiqamətində səylərini artırmaq öhdəliyi götürüblər. Böyük Yeddilik ölkələri Ukrayna Prezidenti Volodimir Zelenskinin ədalətli və davamlı sülhü təşviq etmək səylərini alqışlayaraq, Rusiyanı hücumlarını dayandırmağa və qüvvələrini bütün Ukrayna ərazilərindən tamamilə və qeyd-şərtsiz çıxarmağa çağırıblar.

Əfqanıstanda tələbə qızların universitet təhsillərini dayandırmaları barədə Taliban administrasiyasının qərarına reaksiya verən G7 xarici işlər nazirləri bu ölkədə qadınların insan hüquq və əsas azadlıqlarından istifadəyə qoyulan sərt məhdudiyyətləri kəskin şəkildə pisləyiblər.

MənbəAzertac
Son xəbərlər
Digər xəbərlər