Yeddilik Qrupu (G7) ölkələrinin iqlim, enerji və ətraf mühit nazirləri aprelin 15-də Sapporoda başlayan toplantıda 2035-ci ilə qədər avtomobil sektorunda istixana emissiyalarının həcmini 50% azaltmağa razılaşırlar.
Bu barədə NHK telekanalı məlumat yayıb.
Departament rəhbərləri həmçinin 2040-cı ilə qədər plastik çirklənməyə son qoymağa razı olacaqlar.
“Nikkei” qəzetinin məlumatına görə, görüşün yekunlarına dair birgə bəyanatda Yaponiya hakimiyyətinin mövqeyinə görə kömürlə işləyən elektrik stansiyalarının mərhələli şəkildə dayandırılmasının dəqiq vaxtı ilə bağlı məlumatın yer aldığı bənd daxil edilməyib.