23 C
Baku
Saturday, April 27, 2024

G7 ölkələri bu gün Ukrayna üçün təhlükəsizlik zəmanətlərini elan edəcək

“Böyük Yeddilik” (G-7) ölkələri bu gün Ukrayna üçün təhlükəsizlik zəmanətlərini açıqlayacaq”.

Bunu jurnalistlər üçün keçirdiyi brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının (MTŞ) Avropa üzrə direktoru Amanda Sloat deyib.

O bildirib ki, ABŞ Prezidenti Cozef Bayden və G7 liderləri Ukrayna lideri Volodimir Zelenski ilə birlikdə mühüm bəyanatla çıxış edəcəklər. ABŞ digər G7 ölkələri ilə birlikdə Ukraynaya özünü müdafiə etmək və gələcək hücumların qarşısını almaq üçün ordu qurmağa kömək etmək niyyətini açıqlayacaq.

Sloat qeyd edib ki, bəyanatda Ukraynanın tərəfdaşları ilə rəsmi Kiyev arasında uzunmüddətli perspektivdə ikitərəfli təhlükəsizlik təminatlarının reallaşmasına yönəlmiş danışıqlar üçün müddəalar yer alacaq. “Çoxtərəfli bəyanat Rusiyaya zamanın onun tərəfində olmadığına dair aydın siqnal ötürmüş olacaq”, – Ağ Ev rəsmisi bildirib.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər