10 C
Baku
Thursday, December 12, 2024

G7 ölkələri enerji qiymətlərinin artımını dayandırmaq üçün tədbirlər görəcək

“Böyük Yeddilik” (G7) ölkələri enerji daşıyıcılarının qiymətlərindəki artımı dayandırmaq üçün tədbirlər görmək zərurəti ilə bağlı razılığa gəliblər.

Bu barədə Almaniyanın İqtisadiyyat və İqlim Mühafizəsi Nazirliyinin Berlində energetika və ekologiya nazirləri səviyyəsində keçirilən G-7 toplantısının yekunlarına dair dərc etdiyi birgə məlumatda deyilir.

“Enerji keçidini asanlaşdıran əsas iqlim siyasəti mexanizmlərinə xələl gətirmədən, ekstremal bazar şərtləri ilə bağlı enerji daşıyıcılarının qiymətlərindəki artımın qarşısını almaq üçün effektiv tədbirlər görülməsi barədə düşünmək gərəkdir”, – sənəddə vurğulanır.

G7 neft və qaz ixrac edən ölkələri hazırkı qlobal enerji durumunda məsuliyyətli davranmağa çağırıb.

 

 

Son xəbərlər
Digər xəbərlər