Dünyanın ən zəngin 7 dövlətinin lideri Almaniyada keçirilən sammitin ikinci günündə Ukraynanı “nə qədər lazımdırsa” dəstəkləyəcəklərini vəd edib.
G7 liderləri lazım olduğu müddətdə Ukraynaya “hərbi və diplomatik” yardım göstəcəklərini bildiriblər.
G7-nin yekun bəyanatında deyilir:
“Biz lazımi maliyyə, humanitar, hərbi və diplomatik yardımı təmin etməklə, Ukraynaya nə qədər vaxt lazımdırsa, dəstəkləyəcəyik.
G7 (Böyük Yeddilik) qrupu bəyanatında həmçinin bildirib ki, Rusiya Ukrayna limanlarından ərzaq məhsullarının çıxarılmasının qarşısını almağı dayandırmalıdır.
Sammitdə videobağlantı vasitəsilə çıxış edən Ukrayna Prezidenti Qərb müttəfiqlərindən daha çox ağır silahlar istəyib.
G7 liderləri – Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ – Almaniyanın Bavariya şəhərində Avropa İttifaqından iki nümayəndə ilə birgə görüşüb.