14 C
Baku
Saturday, November 23, 2024

G7 ölkələri Rusiya qazının rublla ödənilməsi tələbini rədd edib

G-7 qrupuna daxil olan ölkələr Rusiya Prezidenti Vladimir Putinin qazın dəyərinin rublla ödənilməsi tələbini rədd edib.

Bunu Almaniyanın iqtisadiyyat və iqlim mühafizəsi federal naziri Robert Habek bu gün Berlində G-7 energetika nazirləri ilə virtual görüşdən sonra deyib.

O bildirib ki, biz bölünməyimizə imkan verməyəcəyik: “Görüşlərin bu raundunda Avropa İttifaqı da iştirak edib. G-7 nazirləri rublla ödəniş tələbinin “mövcud müqavilələrin birtərəfli və açıq şəkildə pozulması” olduğu barədə razılaşıblar. Bağlanmış müqavilələr etibarlıdır, təsirlərə məruz qalan şirkətlər müqavilələrə sadiq qalmalıdırlar. Bu o deməkdir ki, rublla ödəniş qəbuledilməzdir”.

O qeyd edib ki, Putinin bizi parçalamaq cəhdi göz qabağındadır: “Ancaq böyük birlik var. Biz bölünməyəcəyik və G-7 ölkələrinin cavabı aydındır: müqavilələrə əməl olunacaq”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin keçən həftə “dost olmayan dövlətlərə” qaz tədarükünün yalnız rublla hesablanacağını açıqlamışdı.

Bu, problemli Rusiya valyutasını dəstəkləyəcək, çünki idxalçı ölkələr rubl almaq məcburiyyətində qalacaqlar.

Almaniya da təsirlənən ölkələrdən biridir. İndiyə qədər Almaniya da qazın tədarükünü avro ilə ödəyib.

Almaniya, Fransa, İtaliya, Yaponiya, Kanada, ABŞ və Böyük Britaniyanın daxil olduğu dövlətlər qrupuna hazırda Almaniya sədrlik edir.

 

 

Son xəbərlər
Digər xəbərlər