10 C
Baku
Thursday, December 12, 2024

G7 ölkələri Rusiyadan almaz tədarükünü məhdudlaşdıracaq

Növbəti sanksiyalar paketi çərçivəsində Rusiya almaz sənayesinə məhdudiyyətlər üzərində işləyən G7 ölkələri Hindistanın rus almazlarını almasına qarşı deyil. Bununla belə, “The Economic Times”dakı mənbələrə görə, G7 nümayəndələri Hindistan hakimiyyəti ilə Rusiyadan çəkisi 1 karat və yuxarı olan kəsilmiş və cilalanmış almazların idxalına qadağa qoyulmasını müzakirə edirlər.

Dünyanın ən böyük almaz birjası “Bharat Diamond Bourse”un prezidenti Anup Mehta nəşrə bildirib ki, G7 nümayəndələri hindistanlı almaz alıcılarına Rusiyaya qarşı sanksiyaları minimal itkilərlə yerinə yetirməyə imkan verə biləcək yolları araşdırırlar.

Cənab Mehta həmçinin bildirib ki, rusiyalı almaz treyderləri almazların izlənməsi üçün yeni protokola əməl etməli olacaqlar. Bu məqsədlə Belçika, Hindistan və ya Dünya Almaz Şurasının protokolundan istifadə edilə bilər.

Belçikanın “Le Soir” nəşrinin məlumatına görə, Belçika Avropa İttifaqı və G7 ölkələri üçün rus almazlarından imtina planının hazırlanmasına rəhbərlik edir. Nəşrin mənbələrinə görə, Rusiyadan almazlara qarşı sanksiyalar 2024-cü il yanvarın 1-dən qüvvəyə minməyə başlaya bilər.

Son xəbərlər
Digər xəbərlər