11 C
Baku
Sunday, November 17, 2024

G7 ölkələri Rusiyanın dondurulan aktivlərinin müsadirə yollarını araşdırır

Birləşmiş Ştatlar Yeddilər Qrupu (G7) ölkələrinə Rusiyanın təxminən 300 milyard dollar həcmində dondurulan aktivlərini müsadirə etməyin mümkün yollarını axtarmağı təklif edib.

“Financial Times” nəşri bu barədə öz mənbələrinə istinadla məlumat yayıb.

Məlumata görə, dekabr ayında G7 ölkələrinin maliyyə nazirləri və onların müavinləri müsadirə mexanizmini hazırlamaq və onunla bağlı risklərdən yayınmaq yollarını araşdırır. ABŞ, Böyük Britaniya, Kanada və Yaponiya Yeddilər Qrupunun fevralın sonunda keçiriləcək görüşü üçün mümkün variantların nəzərdən keçirilməsini istəyir. Almaniya, İtaliya və Fransa isə qərar qəbul etmədən öncə aktivlərin müsadirəsinin qanuniliyinin qiymətləndirilməli olduğunu düşünür.

Qəzetin yazdığına görə, Qərb ölkələri hazırda həm Rusiyanın dondurulmuş aktivlərinin birbaşa müsadirəsi, həm də onlardan əldə edilən gəlirlərin istifadə imkanlarını axtarır.

Qeyd edək ki, Birləşmiş Ştatlar Rusiyanın dondurulan aktivlərinin Ukraynanın bərpasına cəlb edilməsinə çalışır. Ağ ev Rusiyanın Ukraynaya vurduğu zərərə görə kompensasiyanın yollarına dair G7 ölkələri ilə əlaqə saxladığını açıq şəkildə bəyan edib.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər