-1 C
Baku
Sunday, December 15, 2024

G7 ölkələri Rusiyanın dondurulmuş aktivlərini qaytarmayacaqlar

Yeddilik Qrupu (G7) ölkələri, Moskva Kiyevə təzminat ödəməyə razı olmayana qədər Rusiyanın dondurulmuş aktivlərini qaytarmayacaqlar.

Bu barədə G7 xarici işlər nazirlərinin Tokioda keçirilən iki günlük Sammitinin yekunları üzrə birgə bəyanatında deyilir.

“Qrupa üzv olan ölkələr Rusiyaya və onun Ukraynadakı hərəkətlərinə dəstək verən ölkələrə qarşı ciddi nəticələr verəcək addımlar vəd edir, çünki Qərb və müttəfiqləri bunu təcavüz kimi xarakterizə edir”, – deyə bəyanatda qeyd olunub.

Son xəbərlər
Digər xəbərlər