21 C
Baku
Wednesday, September 24, 2025

G7 ölkələri Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqini müzakirə ediblər

“Böyük Yeddilik” (G7) ölkələrinin xarici işlər nazirləri və Avropa İttifaqının diplomatiya rəhbəri BMT Baş Assambleyasında Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini müzakirə ediblər.

Kommyunikedə bildirilir ki, əlavə sanksiyalar, o cümlədən Moskvaya kömək edən üçüncü ölkələrə qarşı tədbirlər də müzakirə olunub. Nazirlər həmçinin Rusiya aktivlərinin dondurulmuş vəsaitlərinin Ukraynaya dəstək üçün istifadəsi barədə aparılan müzakirələri alqışlayıblar.

Bundan əlavə, G7 Rusiya hökumətini Estoniya, Polşa və Rumıniyanın hava məkanını pozmaqda ittiham edib və belə hərəkətləri qəbuledilməz adlandırıb.

Görüşün yekununda nazirlər sülhün əldə olunması və Ukraynaya etibarlı təhlükəsizlik zəmanətləri təmin edilməsi istiqamətində fəaliyyətlərinə sadiqliklərini təsdiqləyiblər.

Son xəbərlər
Digər xəbərlər