9 C
Baku
Monday, November 18, 2024

G7 ölkələri Rusiyaya qarşı sanksiyaları genişləndirmək niyyətindədir

“G7 ölkələri Rusiya Federasiyasına qarşı sanksiyaları genişləndirmək niyyətindədir”.

Planlaşdırılan məhdudiyyətlər barədə ABŞ Prezidenti Cozef Baydenin administrasiyası məlumat yayıb.

Belə ki, Vaşinqton Rusiyaya dəstək verən şirkətlərə ABŞ texnologiyalarına çıxışa məhdudiyyət qoymağı planlaşdırır.

Bundan başqa, G7 ölkələri Rusiyanın silah istehsalı və təchizat zəncirlərinə qarşı yeni tədbirlər görmək niyyətindədir. Yüzlərlə rusiyalı fiziki şəxs və şirkətə qarşı sanksiyaların genişləndirilməsi planlaşdırılır.

Üstəlik, buraya 2,3 milyard dollar dəyərində 570-dən çox növ Rusiya məhsuluna rüsumların artırılması daxildir.

Son xəbərlər
Digər xəbərlər