Dünyanın inkişaf etmiş yeddi ölkəsi (G7) Ukraynaya dəstəyi artıracaq.
Bunu Almaniyanın xarici işlər naziri Annalena Berbok deyib.
“Biz Ukraynanın müdafiə qabiliyyətini gücləndirmək üçün ona əlavə dəstək verəcəyik. Bu gün də əsas mövzu budur. Ukraynanın müdafiə qabiliyyətini artırmaq üçün hər bir ölkənin təkbaşına hərəkət etməsindənsə, səylərimizi əlaqələndirməyimiz və birlikdə hərəkət etməyimiz çox vacibdir”, – o bildirib.
Qeyd edək ki, G7 ölkələrinə Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya daxildir. Hazırda Belçikanın paytaxtı Brüsseldə G7 ölkələrinin xarici işlər nazirlərinin iclası keçirilir. Toplantının əsas mövzusu Ukraynadakı durumdur.