3 C
Baku
Monday, January 13, 2025

G7 ölkələrinin XİN başçıları Liverpulda görüşəcək

ABŞ dövlət katibi Entoni Blinken sabah Britaniyaya səfər edəcək.

Dövlət katibi 10-12 dekabr tarixlərində İngiltərənin Liverpul şəhərində keçiriləcək G7 ölkələrinin xarici işlər nazirlərinin toplantısında iştirak etmək üçün sabah Britaniyaya səfər edəcək.

Dövlət katibi nazirlərlə görüşündən sonra dekabrın 13-də İndoneziya, Malayziya və Taylanda səfər edəcək.

Qeyd edək ki, G7 görüşündə Ukrayna sərhədində Rusiya qoşunlarının toplanması, COVID-19 qarşı vaksinlər, qlobal infrastruktur və təhlükəsizlik məsələləri gündəmdə olacaq

MənbəApa
Son xəbərlər
Digər xəbərlər