18 C
Baku
Bazar, Oktyabr 24, 2021

G7 pandemiyaya qarşı tədbirləri müzakirə edəcək

Fevralın 19-da G7 dövlətlərinin (Böyük Britaniya, Almaniya, İtaliya, Kanada, ABŞ, Fransa və Yaponiya) liderlərinin Böyük Britaniyanın sədrliyi ilə virtual görüşü keçiriləcək.

TASS xəbər verir ki, Almaniya hökumətinin sözçüsü Steffen Siebert brifinq zamanı bildirib ki, kansler Angela Merkelin iştirak edəcəyi tədbirdə müzakirə mövzusu G7 müştərək dəyərlərinə söykənən çoxşaxəli əməkdaşlıq, pandemiyaya qarşı mübarizə, iqtisadiyyatın dirçəlməsi olacaq.

A.Merkelin pandemiya dövründə dünyada təhdidləri dəf etmək üçün G7-nin üzərinə daha çox məsuliyyət götürməsi məsəsini qaldırmaq niyyətində olduğu diqqətə çatdırılıb. Bununla yanaşı, ticarət əlaqələri, Afrikadakı vəziyyət, ətraf mühitin mühafizəsi, peyvəndləmə, həmçinin bəzi beynəlxalq təşkilatların güclənməsi də gündəmdə olacaq məsələlərdir.

Qeyd edək ki, G7-nin əyani görüşünün 11-13 iyun tarixlərində İngiltərənin cənub-qərb Kornuoll bölgəsindəki Karbis Bay yaşayış məntəqəsində keçirilməsi nəzərdə tutulub.

Mənbə:Report
Son xəbərlər
Oxşar xəbərlər