6 C
Baku
Sunday, December 15, 2024

G7 Polşadakı insidentlə bağlı təcili danışıqlar aparacaq

Polşanın şərqində raketin düşməsi ilə əlaqədar G7 ölkələrinin liderləri fövqəladə danışıqlara dair razılığa gəliblər. Danışıqlara hazırlıqla əlaqədar Yaponiya və Böyük Britaniya baş nazirləri arasında noyabrın 16-sına planlaşdırılan görüş təxirə salınıb.

Banker.az bu barədə “Kommersant”a istinadən xəbər verir.

İndi G7 ölkələrinin bütün liderləri İndoneziyada keçirilən G20 sammitindədir. Bundan əvvəl Avropa Şurasının rəhbəri Şarl Mişel Polşada baş verən hadisələr fonunda G20 sammiti çərçivəsində Aİ liderlərinin fövqəladə iclasını çağırmaq niyyətində olduğunu bildirmişdi.

Xatırladaq ki, noyabrın 15-i Polşanın Pşevoduv kəndinə raket zərbəsi endirilib. Hadisə nəticəsində iki nəfər həlak olub. Qərb hesab edir ki, bunun arxasında Rusiya dayanır.

Son xəbərlər
Digər xəbərlər