16 C
Baku
Friday, April 19, 2024

G7 qrupunun maliyyə nazirləri “Libra” kriptovalyutasına görə narahatdırlar

G7 qrupunun maliyyə nazirləri “Facebook” un Libra kriptovalyutasını buraxmaq planlarından narahatdırlar. Banker.az xəəbər verir ki, bu haqda Fransanın maliyyə qurumları başçılarının çərşənbə günü keçirilmiş toplantının nəticələri üzrə AFP xəbər verib.

Fransa Libra rəqəmsal valyuta ilə əməliyyatları tənzimləməyə hazır olduğunu ifadə edib. Paris “Böyük yeddilik” beynəlxalq klubuna daxil olan ölkələrin nümayəndələrindən içi qrup yaratmaq istəyir.

Bu qrup qarşısında duran əsas vəzifə “Facebook” un tokenləri və digər rəqəmsal aktivlərlə əməliyyatları tənzimlənməsi olacaq.

“Nazirlər Libra-ya aid ola məsələləri ətraflı şəkildə müzakirə edərək, lazımi tədbirləri görmək niyyətində olduqlarını bildiriblər”, – deyə Fransa prezidenti Emmanuel Macron qeyd edir.

Daha əvvəl ölkənin maliyyə şöbəsinin rəhbəri Bruno Le Maire terrorizmin maliyyələşdirilməsi, çirkli pulların yuyulması və milli valyutaların qeyri-sabitliyi kimi problemlərdən danışıb. Onun fikrincə, kriptovalyutalar ölkələrə bu kimi problemlərlə mübarizədə kömək edə bilər.

Fransanın dörd startapı fransız tənzimləyiciləri ilə ICO keçirmək məsələsi üzrə danışıqlar aparır. Bundan əlavə olaraq, bir neçə ticarət platforması bu ölkədə öz nümayəndəliyini açmaq istədiyini ifadə edib.

Ötən həftə ABŞ prezidenti Donald Tramp, kriptovalyutalara güvənmədiyini qeyd edərək, “Facebook” və digər şirkətlərə bank fəaliyyətinin qanunlarına diqqət etməyi tövsiyə edib.

Xatırladaq ki, Libra kriptovalyutası “Facebook” un ekosistemində ödəniş vasitəsi kimi istifadə ediləcəyi planlaşdırılır.

 “Mən düşünürəm ki, onlar (Facebook) davam edə bilməzlər. Tənzimləyicilər şirkətin çirkli pulların yuyulması və bu kimi problemlərin hansı yollarla həll edəcəyini bilməlidir. Məlumatların qorunması, istehlakçıların gizliliyi və digər məsələləri nəzərə almaq lazımdır”, – deyə FED-in rəhbəri Jerome Powell bildirir.

Son xəbərlər
Digər xəbərlər