10 C
Baku
Thursday, December 26, 2024

G7 Rusiya nefti üçün “tavan qiymət” imkanlarını araşdırır

G7 ölkələri Rusiyadan tədarük olunan neftin qiymətinin müəyyən edilməsi imkanını müzakirə edirlər. Bu cür müzakirələr Moskvanın gəlirlərini azaltmaq və Ukraynaya qarşı müharibəni maliyyələşdirmək məqsədi ilə aparılır.

Bu barədə ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Ceyk Sallivanın bəyanatında qeyd edilir.

O qeyd edib ki, enerji məsələlərinə dair danışıqlar bir çox kanallar vasitəsilə aparılır.

“Bu kanallardan birini “Böyük Yeddilik” ölkələri liderlərinin etibarlı adamları olan şerpalar təmsil edir. Görək, həm enerji mövzusunda, həm də Rusiyanın neft gəlirlərinin azaldılmasının müxtəlif variantları üzrə ümumilikdə hansı uğura nail olacağıq”, – Sallivan deyib.

Bir gün əvvəl ABŞ-ın maliyyə naziri Canet Yellen deyib ki, Birləşmiş Ştatlar Moskvanın onun satışından əldə etdiyi gəliri məhdudlaşdırmaq şərti ilə Rusiya neftinin dünya bazarına çıxarılmasının əleyhinə deyil.

Son xəbərlər
Digər xəbərlər