11 C
Baku
Sunday, November 17, 2024

G7 Rusiyanın dondurulmuş aktivlərindən istifadəni müzakirə edəcək

G7 ölkələrinin maliyyə nazirləri Rusiyanın 300 milyard dollara yaxın dondurulmuş aktivlərindən istifadə üsullarını müzakirə edəcək.

24-25 may tarixlərində İtaliyada keçiriləcək görüşdə həmin aktivlərin Ukraynaya istiqamətləndirilməsi müzakirə olunacaq. ABŞ həmin aktivlərin istiqrazlara çevrilərək satılması yolu ilə büdcə gəlirlərinin artırılmasını təklif edib. Rəsmi Vaşinqtonun fikrincə, həmin aktivlərin 50 milyard dolları Ukraynaya kredit qismində verilə bilər.

Görüşdə həmçinin, Çinin dünya bazarında genişlənən ixrac imkanları da nəzərdən keçiriləcək.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər